Aqşin


İKİ MİN DÖRD YÜZ İLDİR Kİ…
(Səda üçün)

Qədim yunan filoslarından biri deyib ki,
Xoşbəxtlik ikinəfərlik məsələdir.
Bəs hanı o ikinci nəfər, kimdir o, hardadır, hansı cəhənnəmdədir?
İki min dörd yüz ildir ki, biz onun yolunu gözləyirik
İki min dörd yüz ildir ki, biz təkik
İki min dörd yüz ildir ki,
Biz başımızı yazı yazdığımız masanın üstünə qoyub ağlayırıq.
Əsərləri

Orxan EYP




Konseptualizm, 1960-1980-cı illərdə postmodern sənətdə cərəyan kimi meydana çıxıb. Adını latın dilindəki "conceptus" sözündən alıb. Tərcüməsi fikir, anlam deməkdir. Konseptualizm avanqardizmdən eksperimentlərə meyilliliyi, insana birbaşa təsiretmə üsullarını, modernizmdənsə üslublaşdırmanın vacibliyini, sitat və reminissensiyalarla işləməyi mənimsəyib.Rolan Bartın "Müəllifin ölümü" məqaləsi postmodernizmin bütün digər istiqamətləri kimi konseptualizmdə də öz önəmli rolunu oynamaqdadır. İstənilən konseptual əsərdə müəllifin şəxsiyyəti arxa plana keçir, öz yerini istifadəçidə /izləyici/dinləyici/oxucu/ meydana gələn fikir və anlam axınına verir.

Əsərləri:

Q.Q.Markes



O, diqqətlə mənə baxırdı, mənsə, bu qızı əvvəllər harda gördüyümü yadıma sala bilmirdim. Onun nəm və məyus baxışları kerosin lampasının titrək işığında parıldadı və mən xatırladım ki, bu otaq və bu lampa hər gecə yuxuma girir, hər gecə burda iztirablı gözləri olan bu qızla görüşürəm. Hə-hə, mən hər gecə yuxu ilə gerçəkliyin qeyri-müəyyən sərhəddini aşaraq məhz onu görürəm. Stula söykənib ağırlığımı onun arxa ayaqları üstündə tarazlaşdıraraq siqaret axtarıb yandırdım, acı tüstü halqaları havaya qalxdı. Biz susmuşduq. Mən stulda yırğalanır, o isə ağappaq uzun barmaqlarını lampanın şüşəsində qızdırırdı. Onun göz qapaqlarında kölgələr titrəyirdi. Mənə elə gəldi ki, nəsə deməliyəm, odur ki, fikirləşmədən dilləndim: "Mavi itin gözləri". O da qəmgin-qəmgin cavab verdi: "Hə. Artıq biz bunu heç vaxt unutmarıq". O, lampanın dairəvi işığından kənara çəkildi və təkrar etdi: "Mavi itin gözləri. Mən bunu hər yerdə yazmışdım".

Əsərləri:

Yüz il tənhalıqda (roman- türkcə)

İtin mavi gözləri

Baltasarın həyatında unudulmaz gün

Sevinc Çılğın, "MƏN © 2006"




...Dəmir barmaqlıqlardan
uzadardım balaca əllərimi.
Ovcunda gizlənərdi
buz kimi barmaqlarım.
Evə heç istəməzdim
yalvarardım hər dəfə...

Həmid Herisçi, "Nekroloq"




...Bu gün külək yenə güclənib. Mən biləni, adına "xəzri" deyilən əbədi Bakı küləyinin bircə...bircə arzusu - istəyi var: özünü, - bəlkə, ancaq öz gizli, xəlvət umudlarını, - şəhərin kos-kocaman qara daşlarına çırpmaq. Köhnə pəncərələrin sınıq-mınıq şüşələri, - gərək onları dəyişəydilər, - silkələndikcə silkələnir. Oradan doğan əsəbi səslər, evdə oturub "Xaç Atası" filminin axır dəqiqələrinə baxanların ah-ufuna qohum çıxır sanki... Türklərin "Ramstore" supermarketi səmtdəki küçə işıqları sağa-sola cansız işartılarını saçır, üzü xəzriyə doğru qorxa-qorxa irəliləyən məmmədlərin, hüseynlərin xəstə, yornuq vücudunu, qaraltısını dirildib canlandırmır.Sarılıq xəstəliyi keçirən bu qorxaq işıqlar, adamların ancaq kədərini, qədərini işıqlandırır, arzularını yox. Özü də, məhz buna görə bizlər hər ay Barmek şirkətinə pul-para ödəyirik, cibimizdə heç nə qalmır, siçan oynayır cibimizdə, siçan. Necə ki, indi Ağa Nemətulla küçəsindəki zibillikdən bığlı-mığlı bir siçan çıxdı, sağ-solunu güdə-güdə gedib girdi "Ağ çiçəyim" adlı gül dükanına. Küçədəki bu qədər adamın içindən yalnız məni, - niyə məhz məni, - öz oğurluğuna şahid seçdi... Niyə? Səbəb? Səbəb?..


Demokratiya: dövlət və cəmiyyət


Gündəlik həyatda bizim hər birimiz həm müstəqim, həm də nümayəndəli demokratiya ilə rastlaşmalı oluruq. Təsəvvürünüzə gətirin ki, sizin sinifiniz müəyyən bir məbləğ pul qazanıb. Elə birlikdə də ondan necə istifadə edəcəyinizi qərara almısınız: əksəriyyət voleybol topu və tor almağın tərəfinədir (Siz müstəqim demokratiya prinsipindən istifadə etmisiniz). Daha sonra siz yəqin ki, aranızdan bir nəfəri nümayəndə seçib sizi təmsil etmək üçün mağazaya göndərəcəksiniz ki, lazım olan şeyləri seçsin, pulunu versin və sizin üçün gətirsin. Yəni siz ona müvafiq səlahiyyətlər verirsiniz. Bu halda demək olar ki, siz nümayəndəli demokratiya formasından istifadə edirsiniz. Hökumətin qərar qəbul edə bilməsi üçün ohun istinad edə biləcəyi müəyyən qaydalar olmalıdır. Ya da, başqa sözlə desək, dövlətin əsas qanunu olan Konstitusiya olmalıdır ki, dövlət quruculuğunu, hakimiyyət strukturlarını, eləcə də qərar qəbul eləmə qaydalarını müəyyənləşdirsin.


Robert A. Dahl, "Demokratiya haqqında"



XX əsrin son 50 ilində insanlıq tarixdə misli görünməmiş siyasi dəyişikliklərin şahidi olub. Demokratiyaya alternativ olan siyasi sistemlər ya büsbütün yox olaraq maraqlı qazıntılara çevrilib, ya da öz son sığınacaqlarında duruş gətirmək ümidi ilə siyasi meydanı tərk edib. Bun­lar hələ baş verməmişdən öncə demokratiyanın əzəli düş­mən­ləri – müxtəlif senz sistem­lə­rinin köməyi ilə əhalinin böyük hissəsini seçki­lərdə iştirak etməkdən kənarlaşdıran mərkəz­ləşdirilmiş monarxiya, irsi aristokratiya, oliqarxiya bütün dünyada insanların böyük hissəsinin nəzərində öz legitimliyini itirib. Yaşadığımız XX yüzillikdə mövcud olan antidemokratik rejimlərin əsas növ­ləri – kommunizm, faşizm, nasizm dağıdıcı müharibələrin tonqalında yanaraq külə dönüb, ya da (Sovet İttifaqı kimi) öz içindən çürüyərək parçalanıb. Hərbi dikta­tu­ralar, xüsusilə Latın Amerikasında, daimi uğursuzluqları ilə özünü həmişəlik göz­dən salıb, salamat qalanlar isə çox vaxt demokratiya donuna girib...