Robert A. Dahl, "Demokratiya haqqında"



XX əsrin son 50 ilində insanlıq tarixdə misli görünməmiş siyasi dəyişikliklərin şahidi olub. Demokratiyaya alternativ olan siyasi sistemlər ya büsbütün yox olaraq maraqlı qazıntılara çevrilib, ya da öz son sığınacaqlarında duruş gətirmək ümidi ilə siyasi meydanı tərk edib. Bun­lar hələ baş verməmişdən öncə demokratiyanın əzəli düş­mən­ləri – müxtəlif senz sistem­lə­rinin köməyi ilə əhalinin böyük hissəsini seçki­lərdə iştirak etməkdən kənarlaşdıran mərkəz­ləşdirilmiş monarxiya, irsi aristokratiya, oliqarxiya bütün dünyada insanların böyük hissəsinin nəzərində öz legitimliyini itirib. Yaşadığımız XX yüzillikdə mövcud olan antidemokratik rejimlərin əsas növ­ləri – kommunizm, faşizm, nasizm dağıdıcı müharibələrin tonqalında yanaraq külə dönüb, ya da (Sovet İttifaqı kimi) öz içindən çürüyərək parçalanıb. Hərbi dikta­tu­ralar, xüsusilə Latın Amerikasında, daimi uğursuzluqları ilə özünü həmişəlik göz­dən salıb, salamat qalanlar isə çox vaxt demokratiya donuna girib...


Hiç yorum yok: