...Bu gün külək yenə güclənib. Mən biləni, adına "xəzri" deyilən əbədi Bakı küləyinin bircə...bircə arzusu - istəyi var: özünü, - bəlkə, ancaq öz gizli, xəlvət umudlarını, - şəhərin kos-kocaman qara daşlarına çırpmaq. Köhnə pəncərələrin sınıq-mınıq şüşələri, - gərək onları dəyişəydilər, - silkələndikcə silkələnir. Oradan doğan əsəbi səslər, evdə oturub "Xaç Atası" filminin axır dəqiqələrinə baxanların ah-ufuna qohum çıxır sanki... Türklərin "Ramstore" supermarketi səmtdəki küçə işıqları sağa-sola cansız işartılarını saçır, üzü xəzriyə doğru qorxa-qorxa irəliləyən məmmədlərin, hüseynlərin xəstə, yornuq vücudunu, qaraltısını dirildib canlandırmır.Sarılıq xəstəliyi keçirən bu qorxaq işıqlar, adamların ancaq kədərini, qədərini işıqlandırır, arzularını yox. Özü də, məhz buna görə bizlər hər ay Barmek şirkətinə pul-para ödəyirik, cibimizdə heç nə qalmır, siçan oynayır cibimizdə, siçan. Necə ki, indi Ağa Nemətulla küçəsindəki zibillikdən bığlı-mığlı bir siçan çıxdı, sağ-solunu güdə-güdə gedib girdi "Ağ çiçəyim" adlı gül dükanına. Küçədəki bu qədər adamın içindən yalnız məni, - niyə məhz məni, - öz oğurluğuna şahid seçdi... Niyə? Səbəb? Səbəb?..
Həmid Herisçi, "Nekroloq"

Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder