Anaxanım
Ddəmin ilk qadını olub Anaxanım. Həm də yaxın qohumudu. Bir yerdə on ilə yaxın ömür sürüblər. Övladları olmayıb. Tale gülməyib üzlərinə... Elə ki, səbəbi özündə bilib «gəl üzüsulu ayrılaq» deyib dədəmə. Dədəm də razılaşıb, yaxın-uzaqda yaşayan qohum-əqrəba da... «Elin adəti var» - deyiblər - «doğmayan arvadı saxlamazlar...»Balaca daxmalaraında nə varsa tən ortadan bölüblər. Bir daxma qalıb, bir də bir inək... inəyi ona bağışlayıb dədəm. Daxmanı özü götürüb. Deyilənə görə, heç inəyi də qəbul etmirmiş: «Nəyimə gərəkdi... saxlayanım yox, otaranım yox...»Zənbilini qoltuğuna vurub, inəyini qabağına qatıb getmək istəyəndə «dayan» deyib dədəm.
Hiç yorum yok:
Yorum Gönder