O, diqqətlə mənə baxırdı, mənsə, bu qızı əvvəllər harda gördüyümü yadıma sala bilmirdim. Onun nəm və məyus baxışları kerosin lampasının titrək işığında parıldadı və mən xatırladım ki, bu otaq və bu lampa hər gecə yuxuma girir, hər gecə burda iztirablı gözləri olan bu qızla görüşürəm. Hə-hə, mən hər gecə yuxu ilə gerçəkliyin qeyri-müəyyən sərhəddini aşaraq məhz onu görürəm. Stula söykənib ağırlığımı onun arxa ayaqları üstündə tarazlaşdıraraq siqaret axtarıb yandırdım, acı tüstü halqaları havaya qalxdı. Biz susmuşduq. Mən stulda yırğalanır, o isə ağappaq uzun barmaqlarını lampanın şüşəsində qızdırırdı. Onun göz qapaqlarında kölgələr titrəyirdi. Mənə elə gəldi ki, nəsə deməliyəm, odur ki, fikirləşmədən dilləndim: "Mavi itin gözləri". O da qəmgin-qəmgin cavab verdi: "Hə. Artıq biz bunu heç vaxt unutmarıq". O, lampanın dairəvi işığından kənara çəkildi və təkrar etdi: "Mavi itin gözləri. Mən bunu hər yerdə yazmışdım".
Əsərləri:
1 yorum:
Markes oxudugum en gozel yazicilardan biridir/ Cox isterdim ki burada onun daha cox eserleri toplansin.
Yorum Gönder