Prof. Qəzənfər Kazımov
Bir neçə söz
İran, rus, Avropa və bir sıra Azərbaycan dilçi və tarixçilərinin yazdıqlarına görə, şimallı-cənublu Azərbaycan ərazilərində türk tayfaları bizim eranın əvvəllərindən görünməyə başlamış, Azərbaycan xalqı və onun dili XI əsrdə səlcuqların, XIII əsrdə monqolların Cənubi Qafqaza gəlişi ilə təşəkkül tapmış, Azərbaycan dili XVI-XVIII əsrlərə qədər Anadolu türklərinin dilindən fərqlənməmişdir. Bu fikrin arxasında qeyri-elmi və qərəzli bir konsepsiya durur. Başqa neytral münasibətdə alimlərin Azərbaycan xalqının tarixinə son dərəcə səthi yanaşdıqlarını göstərir. Hər iki hal Azərbaycan dilinin mənşəyini təhrif edir, Azərbaycan xalqının, Azərbaycan dili və dövlətçiliyi tarixinin düzgün öyrənilməsi işinə əngəl törədir. Xalqın başının çörək və Qarabağ dərdi ilə qarışıq olduğundan istifadə edən bə’zi qələm sahibləri onun şanlı tarixini başqasının adına yazır, dilini kökündən qoparıb “qafqazdilli”, “irandilli” deyə boğazına yabançı dil soxmağa, onu gəlmə bir xalq kimi təqdim etməyə, ruhdan və gözdən salmağa çalışır. Tarixi gerçəkliyə zidd olan bu konsepsiya saysız yanlış müddəalar doğurur, bəşər tarixinin saxtalaşdırılmasına, etnik mənsubiyyət məsələlərinin siyasi konyunkturalar əsasında “müəyyən” edilməsinə səbəb olur.
Hiç yorum yok:
Yorum Gönder