Tərcümə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Tərcümə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Q.Q.Markes



O, diqqətlə mənə baxırdı, mənsə, bu qızı əvvəllər harda gördüyümü yadıma sala bilmirdim. Onun nəm və məyus baxışları kerosin lampasının titrək işığında parıldadı və mən xatırladım ki, bu otaq və bu lampa hər gecə yuxuma girir, hər gecə burda iztirablı gözləri olan bu qızla görüşürəm. Hə-hə, mən hər gecə yuxu ilə gerçəkliyin qeyri-müəyyən sərhəddini aşaraq məhz onu görürəm. Stula söykənib ağırlığımı onun arxa ayaqları üstündə tarazlaşdıraraq siqaret axtarıb yandırdım, acı tüstü halqaları havaya qalxdı. Biz susmuşduq. Mən stulda yırğalanır, o isə ağappaq uzun barmaqlarını lampanın şüşəsində qızdırırdı. Onun göz qapaqlarında kölgələr titrəyirdi. Mənə elə gəldi ki, nəsə deməliyəm, odur ki, fikirləşmədən dilləndim: "Mavi itin gözləri". O da qəmgin-qəmgin cavab verdi: "Hə. Artıq biz bunu heç vaxt unutmarıq". O, lampanın dairəvi işığından kənara çəkildi və təkrar etdi: "Mavi itin gözləri. Mən bunu hər yerdə yazmışdım".

Əsərləri:

Yüz il tənhalıqda (roman- türkcə)

İtin mavi gözləri

Baltasarın həyatında unudulmaz gün

Viktor Pelevin


Tambura girən polis gözucu Tanya və Maşanı süzüb, baxışlarını küncə yönəltdi və heyrət dolu nəzərləri orada oturmuş qarıya ilişib qaldı. Qarının həqiqətən də əcayib görünüşü vardı. Yeməkxanalarda satılan üçgünlük yuxa kimi bürüşük, monqolsayağı tabaq sifətinə görə ona hər hansı yaş vermək imkansızdı və bunun səbəbi heç də qadının gözlərinin dəri lentlər, biser düzülü saplar altında gizlənməsindən qaynaqlanmırdı.
Əsərləri:

Üst dünyanın qavalı

Tarzan kanatı

Paulo Koelyo




Tərcüməçi: Aygün Aslanlı



İspaniyalı bir missioner adada üç astek kahininə rast gəldi. Keşiş onlardan soruşdu: -Siz necə dua edirsiniz? -Biz bircə dua bilirik, - baş kahin cavab verdi - O da budur: «İlahi, səndə üç ruh birləşib, biz də üç nəfərik. Bizi əfv elə». - Pis dua deyil, - missioner dedi. - Ancaq Allahın eşitmək istədiyi bir az başqa cürdür.Gəlin, mən sizə başqa dua öyrədim - bundan çox-çox yaxşısını. Sonra onlara katolik duasını öyrətdi və Tanrı sözünü yaymaq üçün yoluna davam etdi. Bir neçə il sonra missioner İspaniyaya, öz evinə qayıdanda onun gəmisi həmin adanın yanından keçməli oldu. Missioner yuxarı göyərtədən üç kahini sahildə gördü və onlara əl elədi. Həmin anda onlar suların üstüylə gəmiyə tərəf qaçdılar. İçlərindən biri, gəmiyə ən yaxın olanı qışqırdı; -Padre! Padre! Biz tanrının sevimli duasını yadımızda saxlaya bilmədik! Onu bizə təzədən öyrət! -Bu vacib deyil, - möcüzə şahidi olmuş missioner dedi. Və vaxtında başa düşmədiyi üçün Tanrıdan üzr istədi - Tanrı bütün dillərdə danışır.
Əsərləri:

Kimyagər (türkcə)

"Ryo_pedro çayının sahilində oturdum və ağladım"

Jan Pol Sartr, Divar




Bizi divarları ağardılmış geniş otağa itələyib saldılar. Güclü işıq şüası qamaşdırdığından gözlərimi qıymalı oldum. Bir qədər sonra masa, onun arxasında oturub kağızlarla əlləşən dörd mülki geyimli adam qarşımda peyda oldu. Digər dustaqlar bizdən bir az aralı dayanmışdılar. Onlardan çoxusunu tanıyırdım, yerdə qalanlar isə, görünür, gəlmələr idi. Önümdə biri-birinə çox bənzəyən iki nəfər sarısaçlı, dəyirmi başlı adam görəndə onların fransız olduğunu təxmin etdim. Nisbətən alçaqboylunun tez-tez şalvarını yuxarı çəkməsindən onun əsəbiliyini sezmək çətin deyildi.



Patrik Züskind



On səkkizinci əsrdə Fransada dahi və mənfur insanlarla bol olan bu dövrün ən dahi və ən mənfur fiqurları cərgəsinə daxil olan bir insan yaşayırdı. Söhbət elə onun haqqında olacaq. Onun adı Jan-Batist Qrenuy idi, bu ad de Sad, Sən-Jüst, Fuşe, Bonapart və s. bu kimi digər dahi yırtıcılardan fərqli olaraq indi büsbütün unudulubsa da, bu, təkcə ona görə baş verməyib ki, Qrenuy bu zülmət sakinlərindən təşəxxüs və təkəbbürdə, əxlaqsızlıqda, bir sözlə allahsızlıqda geridə qalırdı, ona görə ki, onun dahiliyi və şöhrət düşgünlüyü tarixdə iz qoymayan sahələrdən biri olan ətriyyat səltənəti ilə məhdudlaşırdı.

Əsərləri:

Ətriyyatçı (Roman)

Ədəbi Amneziya (Məqalə)